FİFA-nın milli komandaların rəsmi və qeyri-rəsmi oyunlarına görə ayırdığı "pəncərə" klubların işinə təsirsiz ötüşmür. Düzdür, bundan yaxşı mənada yararlananlar, boşluqları yoluna qoymağa çalışanlar da olur. Bəs fasilə bizim klubların işinə necə təsir göstərib?
Fanat.Az "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqanın fasilə müddətindəki fəaliyyətləri ilə fikirlərini öyrənib:
"Milli komandanın oyunları zamanı yaranmış fasilədə heç bir yoxlama oyunu keçirməmişik. Belə qərara gəldik ki, boşluqdan istifadə edərək gücü məşqlərə verək. Bir neçə güclü məşq keçirdik. Bu hazırlığımızın çempionat oyunlarına necə təsir edəcəyi sual altındadır. Zaman göstərəcək".
Qeyd edək ki, autsayder mövqeyində qərarlaşan və qələbəsiz oyunlar seriyasından əziyyət çəkən "Sumqayıt" 21-ci tur çərçivəsində aprelin 2-də "Sabah"ı sınağa çəkəcək.
Mirağa