"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Matçın erkən saatlarda olması sürəti aşağı sala bilər, amma layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bütün matçlara qələbə hissi ilə çıxırıq. Hazırda çempionluq üçün lazım olan 13 xalı düşünmürük. Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik.
Fotbolçularım çoxdandır birlikdə deyildilər, ayrı-ayrı ölkələrin yığmasında idilər. Sevindirici haldır ki, hər şey qaydasında oldu. Amma oyunçular yığmanın düşərgəsinə yollanmamışdan öncə daha yaxşı durumda idilər. Hər bir halda problemlər, narahatlıq var idi. Bəzi oyunçuların yorğunluğu, idman formasından uzaqlaşması bizi düşündürürdü. Bir neçə məşq buraxmışdılar. Onların yenidən formaya düşməsi üçün vaxt lazım olacaq".