Azərbaycanlı futbolçu Turan Manafov Yunanıstanın 2-ci liqasında çıxış edən "Olimpiakos Volos" klubundan ayrılıb.
Fanat.Az-ın məlumatına görə, yunanlarla olan müqaviləsini vaxtından əvvəl pozan müdafiəçi artıq Bakıdadır.
23 yaşlı oyunçu "Səbail"in bazasında görünüb. Onun köhnə-yeni klubunda məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, qış fasiləsində "Səbail"lə müqaviləsini yeniləyərək daha bir illik anlaşmaya imza atan Manafov "Olimpik Volos"da icarə əsasında iki ay keçirib. Bu müddətdə o, cəmi 4 oyuna çıxıb və 338 dəqiqə meydanda olub.
Mirağa