Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin klubu “Keçiörengücü”nün son iki oyununda iştirak etməməsinin səbəbi bəlli olub.
Millimizin sabiq üzvü TFF 1-ci liqası təmsilçisinin düşərgəsini tərk edib.
Bu barədə Fanat.Az-a futbolçu özü məlumat verib.
O, bildirib ki, sənəd işlərini həll etmək üçün Bakıya qayıdıb. İsgəndərli gələcək karyerası ilə bağlı yekun qərarın may ayının sonunda bəlli olacağını deyib. Onun başqa ölkəyə getmək, ya da yenidən Türkiyəyə qayıtmaq kimi ehtimalı var.
Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi ötən ilin iyun ayında "Keçiörengücü"yə transfer olunub. O, Ankara təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Röya