"Neftçi"ın baş məşqisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Birinci hissədə rəqib bizdən üstün idi, əsl şamaxılı kimi çıxış edirdi. İkinci hissədə oyunu dəyişə bildik. Əsl "Neftçi"li olduğumuzu ortaya qoyduq. Həddindən artıq çətin səfər idi. Uzun müddətdən sonra belə gənc oyunçularımız bu cür ab-hava altında oynayırdılar. Bu da başadüşüləndir".
Abasov Yusuf Lavalın əvvəlki oyunlarını göstərə bilməməsinin səbəbini də açıqlayıb: "Laval əsas heyət oyunçusudur. Yenə risk altında meydana buraxdıq. "Zirə" ilə oyundan əvvəl zəhərlənmişdi, bu gün isə optimal formasına düşməmişdi. Tezliklə əsas heyətə qayıdacağına inanıram".