"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı 3:0 hesablı qələbə ilə başa vurduqları görüşü belə dəyərləndirib:
"Sumqayıt"ın özəlazarkeşləri var. Bura böyük istək və ehtiyatla gəlirik. Son 6 oyunda qələbələri yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. Oyuna maraq gətirdilər.
Hər hansı rahatlaşmadan söhbət gedə bilməz. Əksinə, xal fərqi artdıqca daha da istəkli olur, matçlara daha ciddi hazırlaşırıq. Yaxşı idman forması yığırıqsa, onu qorumaq və daha da yaxşılaşdırmaq lazımdır.
Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib: "Bu, mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinə də cavabdeh olan insanlar var. Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəyəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, millidə buradakından da intizamlı olsunlar. Onlara tam inanıram".