Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su yeni hücumçu ilə anlaşıb.
Fanat.Az "Sportske novosti"yə istinadən xəbər verir ki, Xorvatiya çempionu növbəti mövsüm üçün qolçu problemini “Norviç”in icarə əsasında "Riyeka"da çıxış edən 29 yaşlı hücumçusu Yosip Drmiçin sayəsində həll etməyi düşünür.
Drmiçin ingilis klubu ilə olan müqaviləsinin müddəti iyun ayında başa çatır. "Riyeka" onu saxlamağa çalışsa da, forvard "Dinamo" ilə razılaşıb.
O, "Riyeka"da 50 oyunda 26 qol vurub.
Tarnsfer rəsmiləşəndən sonra 5 hücumçusu olacaq "Dinamo" forvardlardan kimisə göndərəcək. Mənbə iddia edir ki, Bruno Petkoviç və Mislav Orşiç bu yay klubu tərk edə bilər.
Qeyd edək ki, Drmiç bu mövsüm Xorvatiya çempionatında 16 qol vurub və liqanın ikinci bombardiridir.
Mirağa