AFFA ilə vəkil Aslan İsmayılov arasındakı məhkəmə çəkişməsi yekunlaşıb.
Fanat.Az xəbər verir ki, Apellyasiya Məhkəməsi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu qalib elan edib.
Tanınmış vəkil assosiasiyadan üzr istəməlidir.
Aslan İsmayılov "Facebook" səhifəsində paylaşım edərək qərarla razılaşmadığını bildirib.
Keçən ilin sentyabrında Aslan İsmayılov sosial şəbəkə hesabındakı paylaşımlarla AFFA-nı qeyri-şəffaflıqda ittiham edib. AFFA isə öz növbəsində 27 sentyabr 2021-ci il tarixində Səbail Rayon məhkəməsinə müraciət edərək təşkilatın nüfuzunu ləkələdiyinə görə İsmayılovu məhkəməyə verib. Qurumun rəhbərliyi isə hüquqşünasın yazdıqlarını böhtan hesab etdiyi üçün bu addımı atıb. AFFA Aslan İsmayılovun üzr istəməsini və 10 min manat təzminat ödəməsini tələb edib.
Mirağa