"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqanın XXIII tur matçında cəzalanıb.
Fanat.Az xəbər verir ki, son dəqiqələrdə görüşün baş hakimi Rauf Cabbarovun qərarına sərt şəkildə etiraz edən mütəxəssis birbaşa qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahibləri yenilgidən 89-cu dəqiqədə qurtulub.