Filip Ozobiç “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu XXIII turun “Şamaxı” ilə matçına təsadüf edib.
8:0 hesablı qələbəyə dublla töhfə verən 31 yaşlı yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci qoluna imza atıb. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub.
Ozobiç Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.
Qeyd edək ki, Filip 2018/2019 mövsümündə 9, 2019/2020 mövsümündə 1, 2020/2021 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.