"Zirə"nin kapitanı Ağabala Ramazanov Premyer Liqada 200-cü oyununu keçirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçunun yubileyi “Səbail”lə ev oyununa (2:1) təsadüf edib.
23-cü turun qarşılaşmasına qədər 199 oyunun iştirakçısı olan forvard start heyətində meydana çıxıb. O, bu görüşlərdə 37 qola imza atıb.
2020-ci ilin əvvəlindən “Zirə” forması geyinən Ağabala "qartallar"ın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.