Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, finala vəsiqə uğrunda həlledici görüşlər FİFA referilərinə tapşırılıb.
"Neftçi" - "Zirə" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. "Qarabağ"la "Qəbələ"nin duelində isə Elçin Məsiyev iş başında olacaq.
Qeyd edək ki, yarımfinal görüşləri 29 apreldə keçiriləcək.
Mirağa