"Qarabağ" növbəti turda çempionluğu rəsmiləşdirə bilər. "Sabah" Ağdam təmsilçisini büdrətsə belə, ehtiyatda bir oyunu da qalan Qurban Qurbanovun komandasının "qızıl"ı vaxtından əvvəl təmin edəcəyi şübhəsizdir. Beləliklə, avrokuboklarda da Azərbaycanı layiqincə təmsil edən "köhlən atlar" son 9 mövsümdə səkkizinci çempionluğuna qovuşacaq.
"Qarabağ"ın son illərdə çempionluqları sıralaması (ötən mövsüm istisna olmaqla) komandanın qol məhsuldarlığında da özünü göstərir. Bu mənada 2018/19, 2020/2021 və başa çatmaqda olan indiki mövsüm xüsusilə, diqqət çəkir. Səkkiz komandalı çempionatları ümumiləşdirsək, ağdamlıların məhsuldarlığı belədir:
2016/17 - 46 qol
2017/18 - 37
2018/19 - 65
2019/20 - 34 (20 oyun)
2020/21 - 64
2021/22 - 59 (davam edir)
İstisnasız demək olar ki, "Qarabağ" son 6 çempionatın ən məhsuldar mövsümünü keçirir. Düzdür, Qurbanovun komandası ötən çempionatda 64, 2018/19 mövsümündə isə daha çox - 65 qol vurub. Hazırda isə bu rəqəm 59-a bərabərdir. Ancaq komandanın 5 oyunu qalır. Bu o anlama gəlir ki, son illərin məhsuldarlıq rekordu yenilənə bilər. Bunun üçün daha 7 qol vurulmalıdır.
Əslində çempionat indi başa çatsa belə, orta hesabla qol sayı ən yüksək məhsuldarlıq həddindədir. "Qarabağ" keçirdiyi 23 oyunda orta hesabla hər matçda 2,6 qol vurub. 2016/17 mövsümündə bu rəqəm 1,6-ya, 2017/18-də 1,3-ə, 2018/19-da 2,3-ə, yarımçıq qalan 2019/20-də 1,7-ə bərabər olub.
"Qarabağ" klassik "9 nömrə"siz oynadığı üçün əsasən yarımmüdafiəçilər ön plana çıxır. Son illərdə sırf hücumçulardan Mahir Emreli və Dino Ndlovu komandada ən çox qol vuran oyunçular olubsa, yarımmüdafiəçilərdən Reynaldo, Dani Kintana, Filip Ozobiç bu missiyanı uğurla yerinə yetiriblər. İndi də "Qarabağ"ın bombardirləri sırasında Ozobiç, o cümlədən Abdullah Zubir, Kadi Borqes ön sıralardadır. Baxmayaraq ki, forvardlardan İbrahima Vadji 10, Musa Qurbanov 7 qolla çempionatın məhsuldar oyunçularının siyahısında ilk "9-luq"dadır. Bu siyahıda Ağdam təmsilçisinin 5 üzvü var.
Ümumiyyətlə, "Qarabağ"ın 59 qolundan 43-nü, başqa sözlə, təxminən 73 faizini bu 5 futbolçu - Vadji, Ozobiç, Zubir, Kadi və Musa vurub. Komandanın qollarında 12 futbolçunun imzası var:
Vadji İbrahima - 10 qol
Filip Ozobiç - 10 qol
Abdullah Zubir - 8 qol
Kadi Borqes - 8 qol
Musa Qurbanlı - 7
Ramil Şeydayev - 6
Leandro Andrade - 3
Marko Veşoviç - 3
İsmayıl İbrahimli - 1
Emin Cəfərquliyev - 1
Kevin Medina - 1
Maksim Medvedev - 1
Mirağa