Region Liqasında çıxış edən "Energetik" növbəti mövsümdən "Mingəçevir" adı ilə çıxış edəcək.
Bu barədə Fanat.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
Qurum rəsmisi bu gün İcraiyyə Komitəsinin qərarında növbəti mövsümdən I Divizionda oynayacaq "Mingəçevir"in əslində "Energetik" olduğuna belə aydınlıq gətirib: "Mingəçevir" "Energetik"in hüquqi varisidir. Sadəcə, adını dəyişib və növbəti mövsümdən yeni adla I Divizionda çıxış edəcək. Yəni AFFA-nın üç il tələbi pozulmayıb".
Qeyd edək ki, AFFA-nın tələbinə görə I Divizionda oynamaq istəyən komanda azı 3 il Region Liqasında çıxış etməlidir.
Mirağa