"Səbail"in mətbuat katibi Mehriban Mürsəlova klubdan ayrıldığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, klubun artıq keçmiş xanım əməkdaşı bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Siz necə möhtəşəm insanlarsınız! Səhər gözümü açıb telefona baxanda saysız-hesabsız mesaj gördüm. Hər birinizə təşəkkür edirəm! Çox sevindim ki, belə qısa müddətdə qarşılıqlı sevgi və hörmət qazanmışıq.
Bundan sonra fəaliyyətimə Futbolun İnkişaf Fondunun (FİF) kommunikasiya meneceri olaraq davam edəcəm. Həm mənim, həm bizim, həm də Azərbaycan futbolunun inkişafı üçün sizin dəstəyiniz çox önəmlidir".
Qeyd edək ki, Mehriban Mürsəlovanın "Səbail"dən ayrıldığını iki gün əvvəl Fanat.Az açıqlamışdı.
Mirağa