Tula "Arsenal"ının yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyanın Ukraynaya hücumu səbəbindən Rusiya Premyer Liqasını tərk edən legionerlərdən danışıb.
Fanat.Az xəbər verir ki, "İzvestiya" Azərbaycan əsilli futbolçunun söylədiklərini belə çatdırıb:
"Biz bu məsələni ara-sıra öz aramızda müzakirə edirik. İstənilən halda, Rusiyada qalanlar əsl kişilərdir! Başqa nə deyim? Yalan danışmayacam, Zuriko Davitaşvili heç komanda ilə vidalaşmadı".
Qeyd edək ki, Ayazın Azərbaycan millisinə çağırılması AFFA-nın əsas hədəflərindən olsa da, futbol qurumu müxtəlif şərtlər irəli sürən oyunçu ilə ortaq məxrəcə gələ bilmir.
Nihat