09:00 07.05.2022 810

Medina "Neftçi"nin forvardını fərqləndirdi: "Özümə komanda qursaydım..."

"Qarabağ"ın müdafiəçisi Kevin Medinanın Fanat.Az saytına müsahibəsi

- Deyəsən, bu, karyeranda ilk çempionluqdur... Təəssüratların necədir?
- Oyuna yaxşı hazırlaşmışdıq. Hakimin final fitindən sonra çempionluğu bayram edərkən adrenalin yüksək səviyyədə idi. Mən də komanda yoldaşlarıma qoşuldum və bunu birgə qeyd etdik. Günü mənim üçün özəl edən məqam həm də o oldu ki, valideynlərim yanımda idi. Bir qədər sonra artıq hər şey normala qayıtdı. Növbəti gün isə məşqimiz var idi. 

- Başına kamera quraşdırmaq kimin ideyası idi?
- Kamera ilə bağlı ideyanı mənə əvvəlcədən demişdilər. Dərhal razılıq verdim. Belə tarixi anları kameraya yazmaq maraqlı idi. Bu təklif klubun mətbuat xidmətindən gəlmişdi. 

- Azərbaycandakı ilk ilində qızıl medalı "Neftçi" ələ keçirmişdi. Ötən mövsümlə bu çempionatı müqayisə edərdin.
- Ötən mövsüm də çempion ola bilərdik. "Neftçi"nin də haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar. Bu mövsüm isə turnirə daha ciddi başladıq. Hədəf ilk növbədə çempionluq idi. Keçən il buraxdığımız səhvləri təkrarlamamağa çalışdıq. Mümkün qədər tez və daha parlaq formada çempionluğu rəsmiləşdirmək qarşımızda duran əsas məqsədlərdən biri idi. 

- Mövsümü "qızıl dubl"la başa vurmaq mümkün olacaq?
- Mövsümü "qızıl dubl"la bitirə bilərik. Niyə də yox? Bunun biraddımlığındayıq. Çempionluğumuz rəsmiləşib. Kuboku qazanmağın isə biraddımlığındayıq. Mövsümün əvvəlində soruşsaydınız, bir az tərəddüd edərdim. İndi isə bu, belə deyil. Ötən mövsüm nə kuboku, nə də çempionluğu qazana bildik. Bu mövsüm isə hər iki titula yiyələnməliyik. 

- Artıq Azərbaycana tam uyğunlaşmısan. Sirr deyilsə, vaxtının çoxunu kiminlə keçirirsən? 
- Bəli, deyə bilərəm ki, artıq uyğunlaşmışam. Həm futbol, həm də yerli mentalitetə uyğunlaşmaq baxımından keçid dövrünü çoxdan arxada qoymuşam. Azərbaycan mədəniyyəti elə qeyri-adi deyil ki, ona uyğunlaşmaq çətin olsun. Vaxtımı daha çox ailəmlə keçirirəm. Atam, anam, qardaşım - hamısı yanımdadır.

- Bəs meydanda kiminlə daha yaxşı anlaşırsan?
- Meydanda bütün komanda yoldaşlarımla normal dil tapa bilirəm. Kommunikasiya barədə heç bir problem yoxdur. Mövqeyimə görə daha çox Maksim Medvedevlə anlaşırıq. Bir baxışla meydanda kimin nə etməli və ya hansı qərarı verməli olduğunu anlayırıq. 

- Nə vaxtsa buradan ayrılanda dostlarına Azərbaycan, "Qarabağ"la bağlı nə danışacaqsan?
- "Qarabağ"la bağlı danışacağım mövzular bəllidir. Qələbələrimizdən, çempionluğumuzdan, uğurlu çıxışımızdan danışa bilərəm. Klubda ailə ab-havası var. Bunlar öz yerində, bu, heç kimə sirr deyil. Dostlarıma və tanışlarıma isə deyirəm ki, Azərbaycan tanınmağa və barəsində ağızdolusu danışmağa layiq ölkədir. Hamıya bu ölkəyə səyahət etməyi məsləhət görürəm. Maraqlı mədəniyyətə, yüksək təhlükəsizliyə malik olan bir ölkədir. Azərbaycanda hər şey olduqca yüksək səviyyədədir. Mən bunu hər yerdə deyirəm. İstər dostlarıma, istərsə də tanıdıqlarıma hər zaman bu barədə danışıram. Məhz bu səbəbdən öz ailəmi buraya çağırmışam ki, onlar da bu möhtəşəm ölkənin gözəlliyi və mentaliteti ilə tanış olsunlar. 

- Azərbaycan Premyer Liqasında qarşılaşdığın ən güclü hücumçu kimdir?
- Bütün hücumçulara qarşı oynamaq çətinlik yaradır. Çünki hamısı qarşıya qoyulan hədəflər uğrunda yüksək səviyyədə mübarizə aparırlar. Rəqibin müdafiə xəttini gərginlikdə saxlamağı bacaran futbolçular çoxdur. Amma xüsusi olaraq, "Neftçi"nin hücumçusu Tiaqo Bezerranı qeyd edərdim. Hər bir hücumçunun bir özəlliyi olur, Bezerra isə hərtərəfli hücumçudur. Özümə komanda qursaydım, Tiaqo mənim ilk "11-liy"imdə olardı. 

- Bu il həm də ilk dəfə ÇL-də oynamaq şansın olacaq. Həyəcanvericidir?
- Dünyanın ən nüfuzlu klub turnirində oynamaq insanda böyük həyəcan yaradır. "Qarabağ"a gəldiyim ilk mövsümdə bunu çox arzulayırdım. Təəssüf ki, nəsib olmadı. Komandanın ən vacib hədəfi ÇL-in qrup mərhələsinə düşməkdir. Bu yolda köməyimi əsirgəməyəcəm. Axı bu, mənim ən böyük arzumdur. 

- Kolumbiya millisinə çağırılmaq şansını necə dəyərləndirirsən?
- Bir müddət Kolumbiya yığmasına çağırılmaq məsələm gündəmdə idi, amma sonradan bu mövzu arxa plana keçdi. Futbolda hər şey ani dəyişə bilər. Yaxşı çıxış edirsənsə, bunu mütləq kimsə nəzərə alır. ÇL-in qrup mərhələsi mənim üçün şansdır. Kolumbiya millisinin əsas heyətinə düşmək asan deyil. Orada böyük rəqabət mövcuddur. Hazırda əsas hədəfim bu yox, komandamla birlikdə ölkə kübokunu qazanmaq və ÇL-də yüksək nəticə göstərməkdir. Hər şey planauyğun gedərsə, əminəm ki, ölkəmin millisinin məşqçiləri də bunu nəzərə alacaqlar.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 6 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

Facebookdan bizi izləməyi unutmayın.
X