Polşa çempionatında 32-cu turdan qalan bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) doğma meydanda “Varta” ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyətilə başa çatıb.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Visla” 32 turdan sonra 45 xalla 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.