"Neftçi" klubunun internet kanalında problem yaranıb.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, "Neftçi TV" dünəndən bağlanıb.
"Youtube" kanalı olan "Neftçi TV" sonuncu dəfə "Səbail" və "Neftçi" komandalarının U-15 liqasındakı görüşünü yayımlayıb.
"Neftçi"nin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, sayta haker hücumu olub. Hazırda kanalın bərpa olmasına çalışırlar.
Mirağa