"Neftçi"nin "Youtube" kanalı olan "Neftçi TV" hələ də fəaliyyətini bərpa edə bilməyib. Mayın 8-də haker hücumuna məruz qalan internet kanalı üç gündür bağlanıb.
Fanat.Az "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən problemə münasibət öyrənib: "Problemi həll etməyə çalışırıq. İnşallah, bu gün-sabah həll olunmalıdır. Yazışmalarımız müsbət istiqamətdə gedir. Problem həll olunan kimi, "Google" kanalı bərpa edəcək. Onu da deyim ki, problem bizim günahımızdan qaynaqlanmır. Bütün məlumatları vermişik. İnanırıq ki, qısa zamanda kanal fəaliyyətini bərpa edəcək".
Qeyd edək ki, "Neftçi TV"-nin haker hücumuna məruz qaldığını ilk olaraq Fanat.Az yayıb.
Mirağa