15:55 10.05.2022 818

"İndiki vəziyyətdə iştirak xatirinə oynaya bilərik" - Nadir Nəbiyev

"Turan Tovuz"un və "Kəpəz"in növbəti mövsümdən elitada mübarizə aparacağı dəqiqləşib. Hazırda hər iki klub yeni maliyyə qaynaqları axtarmaqla məşğuldur. "Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyevin elə bu məqsədlə Bakıya gəldiyi deyilir. 

Nəbiyevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq. 

Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu: 

"Bəli, Bakıdayam. Amma burada olmağımın səbəbi komandamızın səfər oyunudur. Sırf hansısa görüşlə bağlı gəlməmişəm. Komandanın mehmanxanada yerləşməsi və digər məsələlərə görə buradayam. Hələ heç bir yenilik yoxdur. Hərdən mətbuatdan elə məlumatlar oxuyuram ki, bunlardan zərrə qədər xəbərim yoxdur".

Millimizin sabiq hücumçusu komandaya cəlb olunacaq futbolçu və baş məşqçilərlə bağlı şayiələrə də aydınlıq gətirdi: 

 "Açıq danışım sizinlə... Verdiyiniz suallarla bağlı gizlədiləcək bir şey yoxdur. Yəni hər hansı futbolçu və ya mütəxəssislə razılaşmamız varsa, bunu gizlətməyin nə mənası var? Ümumiyyətlə, nə yerli, nə kənar, heç bir futbolçu ilə hər hansısa razılaşmamız və ya danışığımız olmayıb. Lap tutaq ki, mən nəyisə demədim. Hansısa futbolçunun və ya məşqçinin düşərgəmizdəki fəaliyyətini nə qədər gizlədə bilərik? Qısa zaman kəsiyində hər şey məlum olacaq. Odur ki, bir daha qeyd edirəm, hazırda fikrimizi çempionat oyunlarımıza yönəltmişik və yenilik yoxdur. 

Bizim büdcəmiz də konkret olaraq, bilinmir ki, hər hansı futbolçu və ya məşqçini dəvət etməyi planlaşdıraq. Təklif hazırlamaq üçün də hansısa büdcəyə arxalanmalıyıq. Məndən soruşurlar ki, komandaya hansı məşqçi gəlir, hansı oyuncunu alacaqsınız? Xəbərim olmadığını bildirirəm. Cavabında "bilirsən, amma gizlədirsən", - deyirlər. Düzdür, Oqtay müəllim (Oqtay Abdullayev, "Turan Tovuz"un Müşahidə Şurasının üzvü - red.) bir neçə mütəxəssislə görüş keçirib, onların fikrini öyrənib ki, Tovuzda işləyə bilərlər, yoxsa yox. Amma konkret olaraq, anlaşma, dəvət və buna bənzər gözləntilər yoxdur. İstənilən razılaşma reallaşan kimi, mətbuat dərhal bu barədə xəbər tutacaq. 

41 yaşlı mütəxəssis "Turan Tovuz"un hazırki heyəti ilə Premyer Liqadakı şanslarını da dəyərləndirdi:

"Vaxtı ilə yaxşı heyətimiz də olub, çempionluq da yaşamışıq. Hazırda "Turan Tovuz" klub həm gənclərdən, həm də təcrübəli futbolçulardan təşkil olunub. Real danışaq, bu gün bizim komanda Birinci Divizionda 10-cu yerdə gedirsə, bu heyətlə APL-də "Neftçi", "Qarabağ", "Zirə" kimi klublarla mübarizədə hansı nəticəni göstərə bilərik? İndiki vəziyyətdə iştirak xatirinə oynaya bilərik. Bu da nəticəsi olmayan bir şey olacaq. Üstəlik, futbolçuların psixologiyası da pozulacaq. "Turan Tovuz"un azarkeşləri məğlubiyyəti asan qarşılamır. 

Mənim ümidim var. Təki yaxşı komanda formalaşdırıb istənilən səviyyədə çıxış edə bilək. Belə olacağı halda, təkcə "Turan"dan deyil, ümumiyyətlə, qərb zonasından yerli futbolumuza yaxşı tövhələr olacaq". 

Nəbiyev sonda "Turan Tovuz" futbol akademiyasındakı vəziyyətlə bağlı danışdı:

"Akademiyada vəziyyət yaxşıdır. Tibbi personalla bağlı bir müddət çətinlik yaşadıq. Akademiyada qalan 200-dən çox müxtəlif yaşlı futbolçu var və onların səhhətinə daim nəzarət etmək elə də asan məsələ deyil. Şükürlər olsun, bu problem də öz həllini tapıb".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

11:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X