15:23 10.05.2022 1169

Siz "Şamaxı" deyirsiniz, hə?

Georgi Nikolov

"Şamaxı"nın Müşahidə Şurasının sədrinin, hörmətli Zaur Axundovun müsahibəsini diqqətlə oxudum. Xüsusilə, bir abzası - "... klub Bakıda məskunlaşacaq, paytaxtda məşq edəcək, ev oyunlarımızı isə Şamaxıda keçirəcəyik..." Sitatın sonu! 

Ağlıma dərhal idarəetmə qaydalarından biri gəldi: "Hər dəfə eyni işi görərək fərqli nəticə gözləmək mümkün deyil".

Kimsə "İnter"in niyə məhv edilərək əvəzinə "Keşlə"nin yaradıldığını xatırlayır? 

Mənim yadımdadır, məqsəd yerli futbola marağı artırmaq, tribunaları Keşlə qəsəbəsində yaşayan azarkeşlərlə doldurmaq idi. Nə oldu? Alındı? Təbii ki, yox! Hər şey olduğu kimi qaldı...Hələ yaxşı ki, Zabratdan olan, oyunları izləməyə həvəs göstərən balaca qızlar və oğlanlar etibarlı çıxdılar.

Davam edək! Bəs niyə "Keşlə" "öldürülərək" əvəzinə "Şamaxı" yaradıldı?

Doğrudur, düz tapdınız! Hədəf regionlarda yerli futbola marağı artırmaq, şamaxılı azarkeşləri stadionlara cəlb etməkdir. 2007-2017-ci illər aralığında, "İnter"in prezidenti kimi eşitdiyim köhnə söhbətlərdir. Yəni heç nə dəyişməyib.

Süni proyektlər çox yaşamır. Belə ideyalar məqsədin necəliyindən asılı olmayaraq, hər zaman yarımçıq görünür. Bir klub ki, təmsil etdiyi şəhərdə məskunlaşmır, azarkeşlərinin kədərinə, sevincinə şərik olmur, ayda bir-iki dəfə tərəfdarlar önündə matça çıxır, o, heç vaxt sərhədsiz sevgi və dəstək görə bilməz! Tələsməyin, ilkin entuziazmın ardından yenə hər şey əvvəlki vəziyyətinə qayıdacaq - ənənəvi fəsadlar, boş tribunalar. Sonda isə yenə kömək üçün "zabratlı uşaqlar"a müraciət edəcəklər. 

Eksklüziv olaraq Fanat.Az üçün

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
18:05

AFFA rəsmiləri FIFA sammitində

17:59

Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradıldı

17:41

Səudiyyə Ərəbistanı klubu Poqbanı aparır - SON DURUM

17:23

Dubayda həbs edilən məşhur hücumçu Niderlanda ekstradisiya edildi

17:05

Rekord məbləğdə transfer reallaşır - Alman ulduz tibbi müayinədən keçdi

16:47

"Roma"nın keçmiş idman direktoru Premyer Liqa klubu ilə anlaşdı

16:29

Vüqar Nadirov növbəti mövsümə harada başlayacaq? - AÇIQLAMA

16:11

"Liverpul"un sabiq ulduzu Belçika klubundan qovuldu

15:53

U-14-dən ardıcıl üçüncü qələbə

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:18

"Arsenal", yoxsa "Mançester Yunayted"? - Dyökereş seçimini etdi

14:59

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı

14:42

"Ağzımızda pis dad var idi" - Messi "Portu" üzərində qələbədən danışdı

14:23

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

14:05

Bitdi: Mudrikin günahı sübuta yetirildi

13:46

Həbib Nurməhəmmədov Qurban Qurbanovla görüşdü

13:27

"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev

13:08

"Sabah" yeni baş məşqçisinin adını açıqladı

12:49

Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

12:30

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

12:13

Messi ABŞ klubunun tarixinə düşdü

11:54

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq

11:35

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

11:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:00

Aqil Nəbiyev Moldova yığması üzərində qələbəni şərh etdi

10:41

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

10:20

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

10:01

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

09:23

"Ayaks" İngiltərə çempionunun keçidini elan etdi

09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

Facebookdan bizi izləməyi unutmayın.
X