09:00 11.05.2022 645

"Biz narazıyıqsa, azarkeşə nə demək olar?" - "Kəpəz"in futbolçusu

"Kəpəz"in yarımmüdafiəçisi Tural Rzayevin Fanat.Az-a müsahibəsi

- Tural, mövsüm başa çatmaq üzrədir, "Kəpəz" isə Premyer Liqaya vəsiqə qazanıb. Planların nədir? 

- Gələcəklə bağlı hələ qeyri-adi planım yoxdur. Hazırda Gəncədəyəm, özümü yaxşı hiss edirəm. İstərdim ki, burada qalım. Həm Premyer Liqada həm də Birinci Divizionda komandama kömək etmişəm. Klubun nailiyyətlərində rolum olub. 2018-ci ildə Litvanın yüksək liqasında çıxış edən komandadan ("Yonava" - red.) ayrıldıqdan sonra başqa klublardan təkliflərim ola-ola "Kəpəz"də oynamağa üstünlük vermişəm. Sizin də dediyiniz kimi, mən o vaxt "Kəpəz"ə qayıdanda bizim APL-ə yüksələ biləcəyimiz haqda söz-söhbətlər yox idi. Həmin mövsüm MOİK ilk sırada qərarlaşmışdı, "Kəpəz" isə sonuncu idi. MOİK-dən gələn təklifi geri çevirib doğma şəhərimin klubunda oynamağa üstünlük verdim. Dediyim odur ki, bu klubu seçərkən şəxsi mənafeyimi üstün tutmamışam. "Kəpəz"ə uşaqlıqdan bağlıyam. Gəncə şəhər stadionunun hər bir daşını tanıyıram. Bu stadionda top da daşımışam, gözümü futbola açmışam. Elitaya vəsiqə qazandığımızı eşitmək qeyri-adi duyğulara meydan verdi. Təbii ki, yenidən bu çempionatda komandamın uğurları üçün çalışmaq mənə xoş olar. Bu, mən tərəfdən olan istəkdir. Klub rəhbərliyi bunu istəyəcək, yoxsa yox, deyə bilmərəm.

- Klubla müqavilən bu yay başa çatacaq. "Kəpəz" rəhbərliyindən yeni anlaşma təklifi var? 

- Bəli, bu il təkcə mənim yox bütün futbolçuların müqaviləsi bitəcək. Amma müqavilənin yenilənməsi mövzusunda heç bir şey deyilməyib. Yəqin ki, yaxın günlərdə bu barədə bizə məlumat veriləcək. Komanda tərəfindən təklif olsa, qeyd etdiyim kimi, hər zaman hazıram. 

- Bu yaxınlarda Gəncə futbolunun azarkeşləri "Kəpəz"in Birinci Divizondakı zəif çıxışına çılğın reaksiya vermişdi... 

- Bizim azarkeşlərin futbola yanaşması fərqlidir. Klubun zəif çıxışını rahat qəbul etmirlər. Mən bu barədə daha öncə də danışmışam. Azarkeşlər bir kənara, biz özümüz də zəif çıxışımızı qəbul edə bilmirdik. Mövsüm başlayanda məqsədimiz, hədəfimiz tam başqa idi. Futboldur, hər zaman gözlənilməz vəziyyətlər olur. Demək olar ki, hər şey heç də gözlədiyimiz kimi olmadı. Birinci Divizionu lazım istədiyimiz yerdən aşağıda bitiririk. Əlbətt, belədə, azarkeşlərin reaksiyasını başa düşmək olar. Komandanın tərəfdarlarından biri də mən özüm. Komanda olaraq biz də öz oyunumuzdan narazıyıqsa, azarkeşin etirazına nə demək olar? 

-  Bu komanda ilə elitada çıxış etmək mükündürmü?

- Obyektiv danışacam. Düşünürəm ki, indiki halımızla Premyer Liqa komandalarının əksəriyyəti ilə bacarmarıq. Bu, mənim şəxsi fikrimdir. Tutaq ki, daha 5 futbolçu gətirilsə də, yenə arzuolunan oyunu göstərməyimiz çətin olacaq. Komandada saxlanmalı olan oyunçularımız var. Amma heyətdə mütləq dəyişikliklər lazımdır. "Qarabağ", "Neftçi", "Sabah" kimi klublarla mübarizə aparmaq üçün ustalıq səviyyəsi yüksək olan futbolçulara ehtiyac duyulur.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

Facebookdan bizi izləməyi unutmayın.
X