"Neftçi"nin "Youtube" kanalı olan "Neftçi TV" fəaliyyətini bərpa edib.
Fanat.Az xəbər verir ki, mayın 8-də haker hücumuna məruz qalan internet kanalı artıq yayıma başlayıb.
Klubun mətbuat xidmətindən onu da öyrəndik ki, haker müdaxiləsinə görə "Google" tərəfindən dərhal bağlanan kanalın səhifəsində hansısa problem qalmayıb.
Qeyd edək ki, "Neftçi TV"nin haker hücumuna məruz qaldığını ilk olaraq Fanat.Az yayıb.
Mirağa