Yaxın günlərdə Naxçıvanda böyük tədbir keçiriləcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyunun 1-də "Araz-Naxçıvan"ın yaranmasının 55 illik yubileyi ilə əlaqədar Muxtar Respublikada festival təşkil olunacaq.
Naxçıvan Futbol Federasiyasından saytımıza açıqlamada xəbəri təsdiqləyiblər: "Bəli, Naxçıvanda "Araz-Naxçıvan"ın 55 illik yubileyi ilə əlaqədar futbol festivalı keçiriləcək. Bu festivalı uşaq futboluna həsr etmişik. Tədbiri "Bir uşaq - bir top" şüarı altında keçirəcəyik. Festivalda əyləncəli oyunlar, feys art, konsert proqramı və sair nəzərdə tutulub. Tədbirin geniş məzmunu barədə yaxın günlərdə məlumat veriləcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" 1967-ci ildə yaranıb. Komanda hazırda Region Liqasında çıxış edir və iki gün sonra yarışın yarımfinalında "Xan Lənkəran"la qarşılaşacaq. Növbəti mövsümdən isə "Araz-Naxçıvan" Birinci Divizionda iştirak edəcək.
Mirağa