Türkiyə I Liqasında 37-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" növbəti matçına çıxıb.
"Bandırmaspor"la qarşılaşan Bursa təmsilçisi meydanı 2:4 hesablı yenilgi ilə tərk edib.
Görüşə start heyətdə çıxan Namik 63-cü dəqiqədə əvəzlənib.
"Bursaspor" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.