Növbəti mövsümdən elitada çıxış edəcək "Kəpəz" yeni sponsor axtarışı ilə yanaşı, transfer işlərində də gecikməməyə çalışır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, gəncəlilər "Şamaxı"nın müdafiəçisi Tərlan Quliyevi heyətə qatmağı planlaşdırır.
Tərəflərin bu ay danışıqlara başlayacağı gözlənilir.
Tərlan "Qarabağ"da olarkən icarə əsasında "Kəpəz"in formasını geyinib. Arxa xətt oyunçusu 2015-2016 aralığında bu komandanın formasıyla 35 matça çıxaraq 1 qol vurub.
Emin