"Qarabağ"ın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, kabo-verdeli yarımmüdafiəçi belə danışıb:
"Komandada keçirdiyim 6 ayı uğurlu saymaq olar. "Qarabağ"a gəlməklə yeni şeylər öyrəndim. Çempionluğun dadını çıxarır, qələbəmizi qeyd edirik. İnanıram ki, davamı gələcək. Bu, hələ başlanğıcdır. Məqsədim "Qarabağ"la çox sayda titul və təcrübə qazanmaqdır".