13:30 19.05.2022 1101

Minnətdarlıq himni

Georgi Nikolov 

Böyük jurnalistin və futbol adamının ölümündən sonra ruhumda qopan fırtınanın bir qədər sakitləşməsini gözləməyə məcbur idim. Dostum Məzahir müəllim barədə ürək sözlərimi dilə gətirməyə yenə də çətinlik çəkirəm.

Onu ilk dəfə 2007-ci ildə, kabinetdə görmüşdüm. Məni çox böyük ürəyi, vitse-prezidenti olduğu Bakı Futbol Federasiyasına - öz işinə bəslədiyi inanılmaz sevgisiylə mat qoymuşdu... Hə, "Sabahın ulduzları" layihəsinin uğurlu alınmasında, o turnirdə futbolun nə demək olduğunu öyrənən yüzlərlə uşağın vətənpərvər ruhda böyüməsində məhz Süleymanzadənin əməyi danılmazdır. 

Kimsə həmin balaca "ulduzlar"ın arasından neçə futbolçu çıxdığını araşdırsa, söylədiklərimi daha yaxşı anlamış sayılar. Amma böyüyəndən sonra peşəkar idmançı ola bilməyənlər də heç nə itirmədilər. Onların hər biri futbol, idman mübarizəsi, dostlara sevgi ilə hələ erkən yaşda tanış olmuş insanlar kimi yaşayacaq, ürəklərində isə Məzahir müəllimin irsindən dəyərli pay daşıyacaqlar.

O və Bakı Futbol Federasiyasındakı məsləkdaşları ilə tez-tez bir araya gəldiyim günləri xatırlayarkən məmnunluq və minnətdarlıq hissi keçirirəm. Yaxşı ki, belə dəyərli insanları tanımışam... 

Açığı, futbol başbilənlərinin BFF-ni niyə bu günə saldıqlarının səbəbini başa düşə bilmirəm. Patriotik və olduqca uğurlu layihə futbol məmurlarının hansı planlarına və necə mane olurdu? Məzahir müəllimi və yardımçılarını fəliyyətsiz qoyanların əsl məqsədi nə idi? Bu sualların cavablarını bilən varmı?

Son illərdə təəssüf ki, Məzahir müəllimlə tez-tez yox, ara-sıra əlaqə saxlayır, dərdləşirdik. Son söylədiklərindən biri də belə idi:

"Nə işim var, nə də sağlamlığım... Yaradıcılıqla məşğul oluram".

BFF qədri bilinməyən adam üçün hər şey idi... Həm iş, həm də sağlamlıq...

Kainatda heç nə izsiz yox olmur! Bu dünyada itirdiyinizi başqa dünyada tapacağınız dəqiqdir. Ona görə də sənin əbədi futbol meydançalarının üzərində daim parlaq işıq yanacaq, əziz Dostum.  

Eksklüziv olaraq Fanat.Az üçün

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
14:05

Bitdi: Mudrikin günahı sübuta yetirildi

13:46

Həbib Nurməhəmmədov Qurban Qurbanovla görüşdü

13:27

"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev

13:08

"Sabah" yeni baş məşqçisinin adını açıqladı

12:49

Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

12:30

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

12:13

Messi ABŞ klubunun tarixinə düşdü

11:54

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq

11:35

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

11:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:00

Aqil Nəbiyev Moldova yığması üzərində qələbəni şərh etdi

10:41

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

10:20

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

10:01

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

"Ayaks" İngiltərə çempionunun keçidini elan etdi

09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X