Azərbaycan millisinin keçmiş hücumçusu Rauf Əliyev karyerasını bitirə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçu kimi Raufun xidmətində maraqlı olmayan "Səbail" ona yeni təklif irəli sürüb.
Bayıl klubu 33 yaşlı futbolçuya karyerasını başa vuraraq akademiyada məşqçi işləməyi təklif edib. "Səbail" rəhbərliyi onun Bayıldan olmasını nəzərə alaraq, təmsil etdiyi qəsəbənin komandasında çalışmasına imkan yaratmaq fikrindədir.
Əliyevin bu jestə necə qarşılıq verəcəyi - futbolçu kimi hansısa kluba keçəcəyi, yoxsa məşqçiliyə başlayacağı qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, karyerası ərzində "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "Neftçi", "İnter", "Qəbələ", "Kukesi" (Albaniya) klublarında çıxış edən Rauf Əliyev 2020-ci ilin əvvəlindən "Səbail"də oynayır.
Mirağa