Azərbaycanın Region Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Şamaxıda keçirilən final oyununda "Xan Lənkəran"la qarşılaşan "Cəbrayıl" görüşdən qalib ayrılıb - 1:0.
Matçda yeganə qolu 78-ci dəqiqədə Tapdıq Əhmədov vurub. "Xan Lənkəran" 90+5-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Beləliklə, Azərbaycan millisinin keçmiş oyunçusu Cavid Hüseynovun başçılıq etdiyi komanda kuboku başı üzərinə qaldırıb. "Xan Lənkəran" gümüş, "Araz-Naxçıvan" isə bürünc mükafat əldə edib.
Mirağa