Azərbaycan Premyer Liqasında cari mövsümün sonuncu - XXVIII turuna start verilib.
Fanat.Az xəbər verir ki, bürünc medalların taleyini həll edən oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.
Paytaxtdakı matç 0:0, Qəbələdəki görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb.