"Mövsümü uğurlu dəyərləndiririk. Əsas hədəfimiz ilk "3-lüy"ə, Konfrans Liqasına düşmək idi. Şükürlər olsun, bunu bacardq. Komandamızı, azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mövsümün yekunu barədə danışarkən deyib.
42 yaşlı mütəxəssis sözlərinə belə davam edib: "Mövsümün əvvəlində hamı mübarizənin gərgin keçəcəyini düşünürdü. Amma yayda "Qarabağ"ın futbolçularının verdiyi açıqlamalardan görünürdü ki, çempionluğa köklənəcəklər. Layiqli çempionluq qazandılar".