Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün ən məhsuldar oyunçusu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes olub.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı son turun “Neftçi”yə qarşı görüşündə (4:1) fərqlənərək ən yaxın izləyicilərini bir qol qabaqlayıb və 12 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görülüb.
Cari mövsümün son oyunu - "Qarabağ" - "Neftçi" qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Kadiyə xüsusi hədiyyə təqdim edilib.
Qeyd edək ki, Kadi Borqes Azərbaycan çempionatları tarixində Reynaldo Silvadan sonra 2-ci braziliyalı bombardirdir.