"Səbail" klubu iki məşqçisi ilə yollarını ayırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qışdan bu yana əvəzedici komandaya rəhbərlik edən Səbuhi Həsənovla onun köməkçisi Xanlar Əliyev Bayıl klubundan göndəriliblər.
Əliyev həm də "Əhmədli Yunayted"in məşqçisidir. Onun başçılıq etdiyi qızlardan ibarət U-12 komandası bugünlərdə AFFA-nın keçirdiyi "Bahar kuboku" turnirinin qalibi olub.
Səbuhi Həsənov isə "Bakı"nın sabiq müdafiəçisidir. O, həmçinin mərhum hakim-inspektor Qürbət Həsənovun oğludur.
Mirağa