"Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov növbəti mövsümə yetirməsi olduğu "Turan Tovuz"da başlamağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Elvinlə Tovuz təmsilçisinin rəsmiləri əlaqə saxlayaraq mövcud vəziyyəti müzakirə edib.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə həm klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, həm də icraçı-direktor Nadir Nəbiyev əlaqə saxlayıb. Bu mövsüm "kimyaçılar"ın heyətində nadir hallarda meydana çıxan Məmmədovun "Sumqayıt"la yeni müqavilə imzalamaq şansının az olduğunu nəzərə alsaq, sabiq milli üzvünün doğma klubuna qayıtmaq ehtimalı yüksəkdir.
Emin