Növbəti mövsüm iddialı olmağı qarşısına hədəf qoyan "Səbail"in büdcəsi kifayət qədər artıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sponsorlar ötən mövsümlə müqayisədə kluba dördqat artıq məbləğ ayırıb.
Son iki mövsümdə "Səbail" 1,8-2 milyon büdcəylə çıxış edib. Növbəti mövsüm üçünsə bu məbləğ 8 milyona çatdırılıb.
Qeyd edək ki, "Səbail" həm 2020/2021, həm də 2021/20222 mövsümünü sonuncu - 8-ci yerdə başa vurub.
Bu arada, "Səbail"in daha bir məşqçisi klubun futbol akademiyasından ayrılıb. Belə ki, "dənizçilər" U-11 komandasının çalışdırıcısı Rəşid Tağıyevlə yolları ayırıb.
Mirağa