Əksər futbolçuları ilə yolları ayıran "Şamaxı"nı tərk edənlərdən biri də Turan Vəlizadədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi Premyer Liqada oynayacaq "Turan Tovuz"a keçir.
Turan müqavilə ilə "Neftçi"yə məxsusdur. O, son iki mövsümdə icarə əsasında "Şamaxı"da çıxış edib. "Neftçi"nin gənc yarımmüdafiəçinin Tovuz klubuna keçidinə "yaşıl işıq" yandırdığı bildirilir.
Qeyd edək ki, bugünlərdə "Şamaxı"dan ayrılan Kamal Bayramovla Amil Yunanov da "Turan Tovuz"la anlaşıb. Onların keçidinin yaxın günlərdə rəsmən elan ediləcəyi gözlənilir.
Mirağa