“Sabah” klubu Aleksey İsayevlə yeni müqavilə bağlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin may ayına kimi nəzərdə tutulub.
Azərbaycan millisinin üzvü 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə paytaxt təmsilçisinin heyətində 50 oyun keçirərək 7 qola imza atıb.