“Qəbələ”nin futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasında başa çatan mövsümü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, braziliyalı müdafiəçi “Instagram” hesabındakı paylaşımında klubdakı ilk mövsümü haqda fikirlərini bölüşüb:
“Qəbələ”dəki ilk mövsümüm başa çatdı. Mənə bu fürsəti verdikləri üçün çox minnətdaram. Əla oyunlarımız oldu, çox şey öyrəndik və çətin il keçirdik. Müqaviləmin yenilənməsi məni daha da ruhlandırır”.
“Qəbələ” bu mövsüm Premyer Liqada 4-cü yeri tutaraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.