"Səbail"in yeni baş məşqçisi Mahmud Qurbanovun köməkçiləri müəyyənləşib.
Klubun icraçı direktoru Fərəc Əliyev Fanat.Az-a bu barədə açıqlama verib: "Bunu ilk dəfə rəsmi olaraq sizə deyirəm. Mahmud Qurbanovun məşqçilər briqadasında Zaur Ramazanov, Tofiq Mustafayev və qapıçılar üzrə məşqçi Elşən Poladov yer alacaq. Ümumiyyətlə, məşqçilər korpusu ilə bağlı hələ təqdimat etməmişik, bunu planlaşdırırq".
Qeyd edək ki, "Neftçi-2"-nin keçmiş baş məşqçisi Mahmud Qurbanov "Səbail"də Aftandil Hacıyevi əvəzləyib.
Mirağa