“Araz-Naxçıvan”ın İdarə Heyətinin üzvü Tahir Tahiroviç klubun 55 illik yubileyi münasibətilə təşkil olunan “1 uşaq – 1 top” festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlər önünə çıxıb.
Fanat.Az-ın əməkdaşının da qatıldığı tədbirdə klub rəsmisi belə danışıb:
"Qurulan komandanın arxa cəbhəsi var. Bu da strukturdur. “Araz-Naxçıvan”ın elə strukturu həm təşkilatı, həm baza, həm idman bazası baxımından səliqəli qurulub və formalaşması, inkişafı davam edəcək. Özümüzü uzun yolda hiss edəcəyik. Hədəflərimiz yaxın 5-10-15 illə bağlıdır. Struktur baxımından güclənəcəyik ki, baş məşqçimizin qarşısına daha böyük tapşırıqlar qoyulsun. Məncə, bu uzun yolda bizə şərait yaradılıb.
Tahiroviç naxçıvan təmsilçisinin SSRİ dövründə mavi, sonradan ağ-qırmızı formada çıxış etməsinin səbəbinə də aydınlıq gətirib:
"Rəngimiz əslində qırmızıdır. Bunun da müəllifi mənəm. Məşhur kosmonavt Aleksey Leonov orbitə çıxan ilk insandır. Onun kitabını oxumuşam, deyir ki, yer kürəsi qırmızı görünür. O, həmin rəngi axtardığını yazır. 70-ci illərin sonunda Naxçıvanda olub və deyir ki, həmin rəngi Naxçıvanın dağlarında görüb. Mən də dedim ki, onun şərəfinə qırmızı rəngi götürək".
Röya Kərimli