14:25 01.06.2022 2825

Verin \"Şamaxı\"nı, qruplara götürsün! 

"Şamaxı"dakı dəyişikliklərin addəyişmə ilə yekunlaşmayacağını öncədən proqnozlaşdırmaq olardı. Əlbəttə, paytaxtı təmsil edən klubun bölgəyə köçürülməsindən sonra yenidənqurma qaçılmaz idi və bu proses özünü çox gözlətmədi. Əvvəl baş məşqçi Sənan Qurbanov postundan getdi, ardından Müşahidə Şurasının sədri Zaur Axundov... Görünən budur ki, radikal islahatların təməli qoyulub və bundan sonra baş verəcək proseslər Şamaxı təmsilçisinin belə desək, əsas sifət cizgilərini müəyyənləşdirəcək.

Təbii, Sabir yurdunun idman şərəfini qoruyan klubun yeni inkişaf mərhələsinə qədəm qoymasının yeganə yolu "Keşlə"dənqalma alayarımçıq sistemin ləğv edilməsidir. Başqa sözlə, camiəyə yeni nəfəs, yeni enerji və yeni strategiya lazımdır. Bir halda ki, "Şamaxı"da əsas söz sahibi AFFA-dır, deməli, indiki məqamda ölkənin futbol başbilənlərinin üzərinə çox böyük məsuliyyət düşür. Hər hansı yanlış seçim "Keşlə"nin xələfinin gələcəyinin indidən məhv edilməsi anlamına gələcək.

Bu gün üçün ən önəmlisi "Şamaxı"ya rəhbər təyinatıdır və bu rəhbər mütləq şəkildə iş görə bildiyini isbatlamış futbol adamı olmalıdır. Azərbaycanda belələri çox deyil. Parlaq fəaliyyətlə yadda qalanlardan danışsaq, uzağı 2-3 futbol funksionerinin adını çəkə bilərik. Hərçənd bir funksioner də var ki, illərdir işsiz qalmasına rəğmən, futbol ictimaiyyətinin sağlam fikirli nümayəndələrinin hər birinin favoritidir. Yanılmadınız, söhbət Tahir Süleymanovdan gedir.

Beynəlxalq dərəcli hakimin FİFA referisi qismindəki fəaliyyətini incələmək, ölkə futbolunun ən xaotik dönəmində necə inkişaf etdiyini araşdırmaq ayrıca yazı mövzusudur. Süleymanovun "Sabahın ulduzları" layihəsinə böyük qatqısı öz yerində, "Neftçi"nin vitse-prezidenti postunda imza atdığı uğurlar göz qabağındadır. "Ağ-qaralar" müstəqillik dövründəki ən ciddi nəticələri məhz Tahir bəy rəhbərlikdə təmsil olunduğu zaman kəsiyində qazanıb. Sıaradan fakt deyil, ardıcıl ölkə çempionluqları fonunda 2012-ci ilin yayında Azərbaycan futbolunda tarixi ilk yaşanıb. "Xalq komandası"nın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması yalnız bir klubun, bir camiənin uğuru kimi dəyərləndirilə bilməz. Bu, sözün əsl mənasında, uzun illər boyunca formalaşan stereotiplərin dağılması, sponsorların cibinə girən və hər avrokubok mövsümündə bir-iki mərhələ adlamaqla işini bitmiş sayan fərasətsiz idarəçilərin ifşası 
adlandırılmalıdır. Təsadüfi deyil ki, həmin tarixi hadisədən sonra başqa Azərbaycan klubları da psixoloji səddi aşmağı bacardı və qitəmiqyaslı yarışların qrupunda oynamaq arzusu şirin yuxu statusunu itirərək real hədəfə çevrildi. 

Digər tərəfdən, Süleymanov əslən Şamaxıdandır. Bu məqam klub və şamaxılılar arasında qurulacaq əlaqələr baxımından əvəzsizdir. Razılaşaq ki, yerli əhalinin komandanı özünün sayması, ziyalılarının futbola yaxın olması, bölgədə azarkeş mədəniyyətinin formalaşması üçün ələdüşməz fürsətdir.

AFFA rəhbərliyi bir müddət öncə Tahir bəylə görüşüb və mümkün təyinatla bağlı geniş müzakirə aparıb. Həmin görüş zamanı maliyyə məsələlərinə qarışmamaq şərti ilə klubun idarəçiliyini öz üzərinə götürməyə hazır olduğunu bildirən Süleymanova layiqli dəyər verilsə, yəni bu futbol adamının öz potensialının heç olmasa, 60-70 faizindən istifadə etməsinə şərait yaradılsa, bir gün "Şamaxı"nın da səsi avrokubokların qrup mərhələsindən gələcək. 

Bir vaxtlar Süleymanovun "Neftçi" qruplarda oynayacaq" iddiasına inamsızlıqla yanaşılmışdı. AL-n qrupu tutarlı cavab, sözün əməldə isbatı oldu. Təbii, "Şamaxı" flaqman deyil, maliyyə, imkanlar da fərqlidir. Tahir Süleymanovun futbol biliyi, təşkilatı bacarığı isə yerindədir. Şərait yaradılarsa, 1-2 mövsümə inanılmaz nəticələr qazana bilər. İndi Tahir bəydən yeni vəd alıb nəyə qadir olduğunu iş başında izləmək və onun rəhbərlik etdiyi camiədən böyük nəticələr gözləmək dəmidir. 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
15:19

Leroy Sane Türkiyə yolunda - 15 milyonluq maaş təklif olunur

14:48

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

14:15

Milli üçün "Çempionlar şənliyi" olacaq

13:56

Əliyar Ağayev Serbiyanın oyununa təyinat aldı

13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

12:53

Neymar koronavirusa yoluxdu

12:20

"Barselona" ter Ştegendən qurtulmağın yolunu tapdı

11:13

Paçettino "Tottenhem"ə mümkün dönüşündən danışdı - "100 məşqçidən biriyəm"

10:41

Günün oyunları bu kanallarda - AFİŞA

10:06

U-21 Sumqayıtda Monteneqro ilə qarşılaşır

09:38

Millətlər Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Azərbaycan millisinin rəqibi Kanada ilə bacarmadı

01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X