Millinin keçmiş qapıçısı Fərhad Vəliyev klubunu dəyişib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Səbail"də qapıçılar üzrə olan Vəliyev bundan sonra "Zirə"də eyni vəzifəni icra edəcək.
O, baş məşqçi Rəşad Sadıqovun başçılıq etdiyi "qartallar"ın məşqçilər korpusunda Anar Niftəliyevi əvəz edəcək. Niftəliyev də klubda qalır. Ancaq o, bundan sonra akademiyada çalışacaq.
Mirağa