16:00 03.06.2022 840

\"Sumqayıt\"ın fiaskosunun səbəbi

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan çempionatında 2021/2022 mövsümünün uğursuz komandalarından biri "Sumqayıt" oldu. Halbuki "Gənclik şəhəri" təmsilçisi son illər çempionata rəng qatan kollektivlərdən biri idi... 

"Sumqayıt" özünəməxsus siyasət yürüdən klubdur. Klubun hazırki rəhbərliyi ilk gündən legioner statuslu futbolçulardan imtina olunduğunu elan edib. "Kimyaçılar" gənclər millilərimizin bazası kimi fəaliyyət göstərməyi qarşısına hədəf qoymuşdu. İnsafən, ilk vaxtlar Azərbaycanın digər klublarında lazımi qədər forma geyinmək şansı qazanmayan gənc futbolçular paytaxta yaxın şəhərə axın edirdi. Ancaq sonradan klub ucuz yola əl atdı. Əsas peşəsi menecerlik olan klub prezidenti Riad Rəfiyevin təşəbbüsü ilə komandaya Rusiyadan, İrandan əcnəbi oyunçular cəlb olundu. Onlara Azərbaycan millisində çıxış etmək və yerli futbolçu statusu ilə "Sumqayıt"da oynamaq imkanı yaradıldı. Təbii, bu bir tərəfdən həmin qeyri-azərbaycanlıların sifarişi zamanı klubun rüsum xərcinə qənaət etməsinə, digər tərəfdən, rəqabət üçün balans formalaşdırılmasına hesablanmışdı. 

Bu siyasətlə uzlaşan ən uğurlu baş məşqçi seçimi isə 2018-ci gerçəkləşdirildi. Buna qədər "Zirə"də uğurlu nəticə ilə yadda qalan Ayxan Abbasov "Sumqayıt"ı prinsipcə, yeni mərhələyə daşıdı. Təsadüfi deyil ki, 2010-cu ildə yaranan və 2011/2012 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən, bu illər ərzində mükafatçılar sırasına yaxın belə düşə bilməyən sumqayıtlılar məhz Abbasovun baş məşqçi olduğu üç il ərzində ciddi uğurlar qazandı. "Sumqayıt" 2018/2019 və 2020/2021 mövsümlərində Azərbaycan Kubokunun finalçısı olmaqla bərabər, ötən mövsüm həm də Premyer Liqanın bürünc mükafatına sahib çıxdı. Beləliklə, "kimyaçılar" 10 il sonra ilk dəfə avrokubok sevinci yaşadı. Ancaq klub rəhbərliyi işlər yolunda getməyən kimi ilk fürsətdə onunla yolları ayırdı. 

"Sumqayıt" bu mövsümə də yaxşı başlamışdı. Hətta klub tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atmışdı. İlk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun komandası ikinci turda “Sabah”a eyni nəticə ilə qalib gəldi. Düzdür, “Gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə bir dəfə ilk iki oyunda 6 xal toplamışdı. Ancaq 2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən birində texniki nəticə hesabında buna nail olmuşdu. "Sabah"la 2-ci turdakı oyun Ayxan Abbasov üçün əlamətdar olmuşdu. Həmin qələbə onun məşqçi karyerasında 50-ci belə zəfər idi.


Bu qələbə onun karyerasında 135-ci matça təsadüf etmişdi. 50 qələbədən 28-i məhz "Sumqayıt"dakı fəaliyyəti dövründə qeydə alınmışdı. Ancaq mütəxəssis sonrakı 12 oyunda uğursuzluqla üzləşdi. Sözügedən çalışdırıcının yetirmələri qış fasiləsinə qədər cəmi 1 qələbə qazana bilmişdi. Son nəticədə Ayxan bəy "Sumqayıt"ı 29 qələbə ilə tərk etdi.

O, geridə qalan mövsümdə Premyer Liqada 14 oyunda 3 qələbə, 3 heç-heçə və 8 yenilgi ilə yadda qaldı...

"Sumqayıt" rəhbərliyinin baş məşqçi dəyişikliyi isə nəinki vəziyyəti dəyişdi, əksinə, durumun əvvəldən yanlış dəyərləndirildiyini isbatladı. Beləliklə, Riad Rəfiyevin uğursuz nəticənin baş məşqçi ilə bağlı olduğunu düşünərək tələsik qərar verdiyi təsdiqləndi. Qışda yeni transferlər etməklə Abbasovun seçim imkanını genişləndirmək əvəzinə, təcrübəli mütəxəssis istefaya göndərildi. Halbuki hələ avrokuboklardan sonra bir neçə futbolçu komandanı tərk etmişdi. Konkret, Mehdi Şərifi, Mehdi Cənnətov, Cabir Əmirli, Xəyal Nəcəfov və Cavid İmamverdiyev 2021-ci ilin yayında düşərgədən ayrılmış, heyət gücləndirilməmişdi.  

Üstəlik, bu və ya digər səbəbdən aparıcı oyunçular - Əli Qurbani, Rəhim Sadıxov, Camaləddin Xocaniyazov formada deyildi və bu, nəticələrdə özünü göstərdi. Qışda Aleksey Baqaya güvənən klub rəhbərliyi isə belaruslu mütəxəssisə daha geniş seçim imkanı yaratdı. Araz Abdullayev, Vüqar Bəybalayev, Elşən Abdullayev, mövsümün sonuna doğru isə Anatoli Nuriyev "Gənclik şəhəri"nə gəldi. 

Baqa "Sumqayıt"da ilk qələbəsini nə az, nə çox, 12 tur gözlədi. Həm də əcnəbi çalışdırıcının nəticəsi daha pis oldu. Abbasov kimi komandanı 14 Premyer Liqa matçına çıxaran belaruslu mütəxəssis cəmi 2 qələbəyə sevindi. Son 3 turda uduzmayan Baqa çempionatı 10 xalla başa vurdu. Halbuki, "kimyaçılar" Ayxan Abbasovun rəhbərliyi altında 12 xal yığmışdı. Üstəlik, qışda baş tutan baş məşqçi dəyişikliyindən sonra "Sumqayıt" ölkə kubokunda da mübarizəni erkən dayandırdı. Mübarizəyə 1/4 finaldan başlayan "kimyaçılar" bir oyundan ibarət bu mərhələdə "Qəbələ" ilə Sumqayıtda qarşılaşsa da, meydan amilindən yararlana bilməyib uduzdu (0:1). Bəli, rəhbərliyin özünü doğrultmayan siyasəti üzündən bir mövsüm əvvəl kubokun finalçısı olan komanda "ikinci cəbhə"də də uğursuzluğa düçar oldu. 

Bu gedişlə "batmaqda olan gəminin kapitanı" - Riad Rəfiyev üçün də belə desək, tunelin sonunda işıq görünmür. Hər halda, klub prezidentinin "Sumqayıt"dan ayrılması gündəmdədir. Bəlkə də prezident-menecer Rəfiyev "kimyaçılar"ı başqa kluba dəyişəcək. Olan isə "Sumqayıt"a olacaq. 

Əli Sahib

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2025
03:27

"İki dəfə inanılmaz dözüm və oyun keyfiyyəti nümayiş etdirdik" - Simone İnzaqi

03:04

Flik "İnter"ə məğlubiyyəti belə şərh etdi

01:43

ÇL: "İnter" dramatik qələbə ilə finalda

06 May 2025
23:10

İdman Arbitraj Məhkəməsindən klublararası dünya çempionatı ilə bağlı yeni qərar - RƏSMİ

22:47

Flik 22 yaşlı vingerlə bağlı yekun qərarını verdi

22:03

Region Liqası: 1/4 final oyunlarının vaxtı və yeri bilindi

21:40

ABL: Final seriyasında üçüncü dueli "Neftçi" qazandı

21:19

"Fiorentina" Nikolo Dzanyolonu itirdi

20:55

"Kəpəz" klubunda yeni təyinat reallaşdı - RƏSMİ

20:22

Keyn karyerasının ilk titulunu qazanmasına münasibət bildirdi

19:50

Minifutbol turnirinin qalibi müəyyənləşdi

19:17

İkinci Liqa: "Şəmkir" darmadağınla 4-cü pilləyə yüksəldi

18:51

"Ona "Real"da lazım olan qiyməti vermirlər" - Rafinya

18:14

40 milyonluq ukraynalı bu yay Avropa nəhənginə keçə bilər

17:44

1-ci Liqa: 25-ci turun hakim təyinatları açıqlandı

17:25

Mahir növbəti mövsümə "Nürnberq"də başlamayacaq - RƏSMİ

17:07

Azərbaycan millisi Rusiyada təlim-məşq toplanışına başladı

16:50

Bakıda beynəlxalq turnir start götürdü

16:32

Arsen Venger AL-in qalibinin ÇL-də iştirak hüququ qazanmasına qarşıdır

16:14

Almaniya millisinin sabiq forvardı karyerasını başa vurduğunu açıqladı

15:55

Dəhşətli qəzada iki idmançı həyatını itirdi

15:37

Kriştianu Ronaldunun oğlu milliyə çağırıldı

15:18

"Barselona"nı finalda görürəm, PSJ - "Arsenal" oyununda isə..." - Arif Əsədov

14:59

Serbiya millisinin qapıçısı İngiltərə nəhənginə keçir - Danışıqlar başladı

14:41

Ərəblər Fernandeşi də aparırlar - SON DURUM

14:23

Argentinalı dünya çempionu vəfat etdi

14:05

Sloveniyalı bombardir İspaniya nəhəngləri arasında seçim edəcək

13:47

"İmişli" "ASCO Arena" ilə müqavilə bağlamayıb - İdarə Heyətinin sədri açıqladı

13:28

"Aleksander-Arnold "Real"da oynamaq naminə azarkeşlərin sevgisini qurban verdi"

13:10

"İndi biz daha kompakt oynayırıq" - Leau geridönüşü dəyərləndirdi

12:51

"Bizi növbəti finaldan bir oyun ayırır" - Dani Olmo

12:33

Bastoni "Barselona" ilə cavab oyunundan öncə nə danışdı?

12:15

Klublararası dünya çempionatında sonuncu yerin taleyi bu gün həll olunacaq

11:56

Stolüstü tennisçimiz Avropa çempionatına yollandı

11:38

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iştirak edəcək

11:20

Qvardiola etiraf etdi: "Karyeramda heç vaxt ondan güclü rəqibim olmayıb"

11:02

Azərbaycanın qadın cüdoçuları Astanaya yollanırlar

10:44

İnzaqi "Barselona"lı müdafiəçinin zədələnməsinin səbəbini açıqladı

10:26

Millimizin üzvü Macarıstan klubundan ayrıldı

10:08

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X