Bu gün milli dərəcəli hakim, "Mingəçevir" klubunun İdarə Heyətinin sədri Rövşən Əhmədovun ad günüdür.
Fanat.Az xəbər verir ki, mingəçevirli futbol funksioneri 55 illik yubileyini qeyd edir.
Əhmədov 1990-cı ildən hakimliyə başlayıb. 2012-ci ilədək ədaləti qoruyan mingəçevirli sabiq hakim Premyer Liqada 300-dən çox oyun idarə edib. O, 2012-ci ildən hakim-inspektor kimi fəaliyyətə başlayıb.
Əhmədov 2000-ci Şimal-Qərb Regional Futbol Federasiyasında vitse-prezident, 2011-ci ildən prezident vəzifəsini daşıyır.
Rövşən Əhmədov hazırda Azərbaycan Premyer Liqasında baş hakim olan Rəşad Əhmədovun atasıdır.
Rövşən müəllimi yubileyi münasibətilə təbrik edir, uzun ömür və rəhbəri olduğu "Mingəçevir"ə uğur arzulayırıq.