"Sassuolo"nun hücumçusu Canluka Skamakka PSJ-nin transfer siyahısına düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.
Mənbə Paris təmsilçisinin London "Arsenal"ının da istədiyi 23 yaşlı futbolçunun klubuna təklif göndərməyə hazırlaşdığını vurğulayıb.
Son mövsümdə "Sassuolo" forması ilə bütün turnirlərdə 38 matça çıxan Skamakka 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Ötən ildən İtaliya yığmasına dəvət alan Skamakka millidə 5 oyun keçirib, qol vura bilməyib.
Nihat