"Səbail" klubu qapıçı Hüseynəli Quliyevlə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc qapıçı ilə yeni - iki illik müqavilə imzalanıb. Başqa sözlə, 22 yaşlı qolkiper 2023/2024 mövsümünün sonuna kimi "Səbail"də çıxış edəcək.
Qeyd edək ki, Hüseynəli Quliyev bu qış "Sumqayıt"dan "Səbail"ə keçib.