“Sabah” heyətini yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Masazır təmsilçisi Gürcüstan millisinin üzvü Davit Volkovla 2 illik müqavilə imzalayıb.
27 yaşlı hücumçu karyerası ərzində Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016), “Saburtalo” (2017-2018), Serbiyanın “Zemun” (2016/17), Azərbaycanın “Qəbələ” (2018-2020) və “Zirə” klublarında (2020-2022) çıxış edib.
Son mövsümdə "Zirə" forması ilə Premyer Liqada 11 qol vuran və bürünc medal qazanan Davit “Sabah”da 18 nömrəli formada çıxış edəcək.