“Neftçi”nin baş məşqçi postuna namizəd göstərilən Ertuğrul Sağlam Cənubi Azərbaycan klubu "Traktor"dan ayrılıb. Klub rəhbərliyi ona yeni 1 illik müqavilə təklif etsə də, türkiyəli mütəxəssis bununla razılaşmayıb.
Fanat.Az xəbər verir ki, 55 yaşlı məşqçi özünün "Instagram" səhifəsində vida paylaşımı edib:
"İşə başladığımız ilk gündən yanımızda olan, dəstəkləriylə bizə güc verən "Traktor" tərəfdarlarına vida vaxtının gəldiyini üzülərək bildirmək istəyirəm. Klub rəhbərliyi ilə önümüzdəki mövsümlə bağlı müzakirədə razılığa gələ bilmədik. Ümidlərin bitdiyi, qarışıqlıq və xaosun yaşandığı, klub tarixinin ən çətin dönəmində bayrağı bizə etibar edənləri üzmədiyimiz üçün sevinirəm. Bütün "Traktor" ailəsinə uğurlar arzulayıram və yaşana biləcək sıxıntılı dönəmlərdə yenə dəstəyimi əsirgəməyəcəyimi vurğulamaq istəyirəm".
Qeyd edək ki, Ertuğrul Sağlam “Traktor”un baş məşqçisi postuna bu il keçmişdi.
Mirağa